“CPM-də hal şahidi institutunu ləğv etmək lazımdır” – Müzəffər Baxışov

Müəllif: Redaktor

Editor

7197099“Əslində Azərbaycan Cinayət Prosesual Məcəlləsinin (CPM) 94-cü maddəsində hal şahidləri institutu Azərbaycanda cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat aparan orqan tərəfindən videoçəkilişin aparılması mümkün olacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bununla bağlı Cinayət-Prosessual Məcəllənin 236.4 və 244.1 maddələrinə əlavələr müzakirə edilib. Təklif olunan dəyişiklərə görə, axtarış və ya götürmə zamanı azı 2 hal şahidi iştirak etmədikdə video çəkilişdən istifadə etmə mümkün olacaq.

Belədə sözügedən əlavələrin qəbulu fonunda axtarış zamanı hal şahidlərinin iştirakının saxlanılması məcburi hesab edilməyəcək.

Görəsən, cinayət təqibi zamanı prosesin hal şahidi olmadan aparılması nə dərəcədə məntiqlidir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən “Hüquqi Dövlər” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər nəzərdə tutulub. Amma hal şahidi institutu ölkəmizdə formal xarakter daşıyır. Azərbaycanda istintaq hərəkətləri zamanı öz hüquqlarından istifadə edən obyektiv hal şahidini tapmaq qeyri-mümkündür. Ona görə də hal şahidi olmadan da əməliyyat aparan orqan tərəfindən videoçəkilişin aparılmasını normal hesab edirəm. Bu səbəbdən hüquq mühafizə orqanları məcburiyyət qarşısında qalıb ştatlı hal şahidini saxlayır və istədiyi istintaq hərəkətini həmin hal şahidləri vasitəsilə rəsmiləşdirirlər. Düşünürəm ki, CPM hal şahidi institutunu ləğv etmək lazımdır. Bu addımın atılmasına normal baxıram”.

ELÇİN


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır