Cüdoçularımız Avstriyada

Cüdoçularımız Avstriyada

Müəllif: Redaktor

Editor

Cüdo üzrə milli komandamız geniş heyətlə Avstriyaya yollanıb.

Yeniçağ.az-ın məlumatına görə, cüdoçularımız Mittersill şəhərində təlim-məşq toplanışı keçir.

Hazırlıqda əsas komanda və qadınlar, gənclər, paralimpiya yığmamız iştirak edir.

Ənənəvi olaraq hər il baş tutan Avstriya toplanışında dünyanın cüdo üzrə ən güclü ölkələrinin milli komandaları qatılırlar. Cüdoçularımız Avstriyadakı təlim-məşq toplanışına yanvarın 18-də yekun vuracaq.

Maraqlıdır ki, milli komanda təlim-məşq toplanışına baş məşqçisiz yollanıb. Cüdoçularımız hazırda uşaqbazlığa görə günahlandırılan Peter Zeyzenbaxerin ölkəsində məşqlərini davam etdirirlər.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, komanda Avstriyaya iki köməkçi məşqçinin rəhbərliyi altında yola çıxıb.

 

Aygün
Yenicag.az

Xəbərlər, İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti