!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cüdoçularımız vətənə döndü

!Reklam – Yazi

скачанные файлыBu gecə paralimpiyaçı cüdoçularımız Portuqaliyadan vətənə geri döndülər. H.Əliyev beynəlxalq hava limanında idmançılarımızı ARMPK-nin birinci vitse prezidenti Natiq Qasımov, Komitə nümayyəndələri və çoxsaylı azarkeşlər coşquyla qarşıladılar.

Xatırladaq ki, Portuqaliyanın Odivellas şəhərində keçirilən 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran Avropa çempionatında paralimpiyaçı cüdoçularımız möhtəşəm qələbə qazandılar.100+ kq çəki dərəcəsində çıxış edən İlham Zəkiyev altıqat Avropa çempionu olmaqla yanaşı komandamız 3 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 8 medal qazandılar. Bunlardan 100+ kq çəki dərəcəsində ilham Zəkiyev qızıl,73 kq çəki dərəcəsində Ramil Qasımov qızıl,66 kq çəki dərəcəsində Bayram Mustafayev qızıl,57 kq çəki dərəcəsində Səbinə Abdullayeva gümüş,81 kq çəki dərəcəsində Rövşən Səfərov gümüş, 60 kq çəki dərəcəsində Ramin İbrahimov gümüş, 63 kq çəki dərəcəsində Afaq Sultanova və 100 kq çəki dərəcəsində Kənan Abdullaxanlı bürünc medala sahib olublar. Komanda yarışlarında isə millimiz final görüşündə Rusiya komandasına 3-2 hesabıyla qalib gələrək 4-cü dəfə Avropanın ən güclü komandası adına laiq görüldülər.

Yarışın nəticələrinə görə para-cüdoçularımız 5 lisenziya qazanaraq ümumi lisenziya sayını 7-yə yüksəltdilər.

 

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv