www.sinerjipro.net

SinerjiProWide
Reklam

Aprelin 20-də Polşanın Varşava şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək.

Yeniçağ.Az-ın məlumatına görə, Azərbaycanı təmsil edəcək 9 kişi və 2 qadın cüdoçunun ilk rəqibləri püşk nəticəsində müəyyənləşib.

60 kq çəki dərəcəsində mübarizə aparacaq Orxan Səfərov turnirə 1/8 finaldan start verəcək. Onun ilk rəqibi Matyaz Trboviç (Slovakiya) / Moritz Plakfi (Almaniya) cütünün qalib olacaq.

66 kq çəkidə yarışacaq Nicat Şıxəlizadə isə çempionata 1/16 finaldan başlayacaq. İdmançımız ilk olaraq almaniyalı Manuel Şeybeli yolundan kənarlaşdırmalıdır.

73 kq çəki dərəcəsində iki cüdoçumuz tatami üzərinə çıxacaq. Hər iki idmançımız yarışa 1/16 finalla start verəcək.

Rüstəm Orucov Rudolf Kurtides (Kipr) / Andre Seppa (Estoniya), Hidayət Heydərov isə Reqimantas Ribinas (Litva) / Xavyer Ramirez (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

81 kq-dakı tək təmsilçimiz Rüstəm İsmayılov da Avropa çempionatına 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi isə estoniyalı Kriste Toniste olacaq.

90 kq çəkidə də bir idmançı ilə təmsil olunacağıq. Məmmədəli Mehdiyev 1/16 finalda moldovalı İon Dumbrava ilə üz-üzə gələcək.

Elmar Qasımov və Elxan Məmmədov ikilisi isə ölkəmizin şərəfini 100 kq çəki dərəcəsində qoruyacaqlar. 1/16 finaldan yarışa start verəcək hər iki təmsilçimiz uyğun olaraq Filipp Qalandi (Almaniya) və D`Arko Vinçenzo (İtaliya) ilə qarşılaşacaqlar.

Kişilər arasında ən ağır çəkidə (+100 kq) mübarizə aparacaq Uşanqi Kokouri isə 1/8 finalda bosniyalı Harun Sadıkoviç ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qadınların yarışında isə iki cüdoçumuz tatami üzərinə çıxacaq. 48 kq-da Aişə Qurbanlı 1/16 finalda türkiyəli Gülkader Şentürk, 52 kq çəkidə yarışan Nəzakət Əzizova isə həmin mərhələdə macarıstanlı Reka Pupp ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, Avropa çempionatında 41 ölkədən 369 idmançı (226 kişi, 143 qadın) mübarizə aparacaq.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.