Ads by Google

hightechnic
Ads by Google

14788826503093821630-1000x669Bu gün İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 5 idmançısı nəyə qadir olduğunu göstərəcək.

Millimizin ən güclülərindən hesab olunan Hidayət Heydərov (73 kq) 1/16 finalda Çarilaos Hadjiadamou (Kipr) ilə qüvvəsini sınayaıb. İdmançımız rəqibinə heç bir şans verməyib. 107 saniyəyə ipponla qalib gələn Heydərov 1/8 finalda belçikalı Lois Demierbe qarşılaşıb. O, bu rəqibini də vaxtından əvvəl tatamidən uzaqlaşdırıb. Hidayət 1/2 finala gedən yolda Akil Qyakova (Kosovo) ilə qüvvəsini sınayıb. Kosovalı cüdoçu da onu saxlaya bilməyib. Heydərov yenə ipponla qalib gəlməklə, yarımfinalda iştirak hüququ qazanıb. O, rusiyalı Ondar Sayanla döyüşüb. Həmyerlimiz şimal qonşumuza da gücünü göstərib və finala vəsiqə qazanıb.

Hidayət Heydərov (73 kq) həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulla qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən gənc cüdoçumuz Avropa çempionu adını qazanıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.