!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Çunayev yarımfinalda uduzdu – Yenilənib

!Reklam – Yazi

1471353274479427794_1000x669Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev yarımfinal görüşünə çıxıb.

25 yaşlı idmançımız 66 kq çəki dərəcəsində 1/2 final görüşündə erməni idmançı Miqran Arutunyana 4:1 hesabı ilə uduzub.

R.Çunayev bürünc medal uğrunda mübarizə aparacaq.

***

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev növbəti görüşünə çıxıb.

AzVision.az xəbər verir ki, 1/4 final mərhələsində 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançımızın rəqibi Əlcəzair idmançısı Tarek Əziz Benaissa olub.

Bu mərhələdə əlcəzairli idmançı Tarek Aziz Benaissa ilə üz-üzə gələn güləşçimiz rəqibini tam üstünlüklə məğlub etməyi bacarıb: 10:2. Bunulada o, yarımfinala yüksəlib.

Yarımfinalda onun rəqibi Miqran Arutyunyan (Ermənistan) olacaq.

***
Yunan-Roma güləşi növündə Azərbaycanın son təmsilçisi Rəsul Çunayev 66 kq. çəki dərəcəsində ilk görüşünə çıxıb.

AzVision.az xəbər verir ki, Rəsul Çunayev 1/16 final mərhələsində kubalı Migel Martines Palasio ilə qarşılaşıb.

Gərgin keçən mübarizənin sonunda Çunayev 4:2 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə yüksəlib. Güləşçimizin növbəti görüşü saat 17:32-də Rusiya təmsilçisi İslambek Albiyevlə olacaq.

***
Çunayev 1/8 final mərhələsində Rusiya təmsilçisi İslambek Albiyevlə qarşılaşıb. Rəsul gərgin mübarizənin sonunda 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə güləşçimizin rəqibi Əlcəzair təmsilçisi Benaissa Tarek Aziz olacaq.

Qeyd edək ki, Çunayev ötən il I Avropa Oyunlarında və dünya çempionatında 71 kq. çəki dərəcəsində qızıl medal qazanıb. Bu olimpiya çəkisi sayılmadığından, 25 yaşlı pəhləvanımız aşağı çəkidə yarışır.

 

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv