!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cüneyt Çakır da “Ən yaxşı”lardan oldu

!Reklam – Yazi

15713245_1185523051535772_1759370268_n2016-cı ilin ən yaxşı hakimlərinin adları bəlli olub. Yeniçağ.az xəbər verir ki, bu barədə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) qurumunun rəsmi saytında məlumat yayılıb.

Belə ki, 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, İngiltərə Futbol Federasiyasından Mark Klattenburq 1-ci olub. O, 141 xal toplayıb. Ötən ilin “Ən yaxşı hakimi” seçilən Nikola Ritsoli (İtaliya, 65 xal) bu dəfə 2-ci olub. Viktor Kassai (Macarıstan, 55 xal) siyahının 3-cü pilləsində qərarlaşıb.

İlk 10-luqda Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır da yer alıb.
İFFHS-in mülahizəsinə əsasən, 2016-cı ilin ən yaxşı hakimi siyahısının ilk 10-luğu aşağıdakı kimidir:

1. Mark Klattenburq (İngiltərə) – 141 xal
2. Nikola Ritsoli (İtaliya) – 65 xal
3. Viktor Kassai (Macarıstan) – 55 xal
4. Yonas Eriksson (İsveç) – 43 xal
5. Cüneyt Çakır (Türkiyə) – 28 xal
7. Feliks Brix (Almaniya) – 26 xal
8. Martin Atkinson (İngiltərə) – 20 xal
9. Damir Skomina (Sloveniya) – 19 xal
10. Nestor Pitana (Argentina) – 14 xal

 

Yenicag.az

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv