HighTechnic

hightechnic
Ads by Google

unnamedDemokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Gənclər Təşkilatının təşəbbüsü ilə “ Bu dəfə təhsildən danışacağıq” adlı təlim keçirilib.

Təlimdə ekspertlər, müxtəlif universitetlərin tələbələri, gənclər və yazarlar iştirak ediblər.
DADP Gənclər Təşkilatının sədri Nigar Abdullayeva təlimdə iştirak edən gəncləri DADP sədri Əlisahib Hüseynov adından salamlayaraq, gənclərə uğurlar arzuladı.

Təlimdə əsas məqsəd “Təhsillilərlə təhsilsizlərin fərqi? Hamının ali məktəbə qəbul olması vacibdirmi? Təhsilli olmaq uğurlu karyera qurmaqdan başqa daha nə kimi üstünlüklər verir?” kimi suallara cavab tapmaq oldu.
Təlimçi Südabə Babazadə gənclərə təhsilin faydalarından danışdı. Qeyd etdi ki, “ Təhsil bizim gələcəyimizdir, ölkəmizi dünyaya tanıtmaq üçün bilik, savaddır. Təhsili cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz müəllimlərdir. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir.“

Mövzu gənclər və yazarlar tərəfindən də müzakirə olundu. Yazar Emin Piri təlimdə iştirak edərək “Bu dəfə təhsildən danışacağıq” mövzusuna yanaşmasını açıqlayaraq, iştirakçılarla fikirlərini bölüşdü.

DADP Gənclər Təşkilatı gənclər üçün bu cür maarifləndirici təşəbbüslərini bundan sonra da davam etdirəcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."