DADP sədri: “Avropa Parlamenti beynəlxalq hüququ zorlayır”

DADP sədri: “Avropa Parlamenti beynəlxalq hüququ zorlayır”

Müəllif: Redaktor

Baş Redaktor

9eb7310ad81516e553e6263a26ac543eAvropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiqiylə bağlı qəbul etdiyi qətnamə son zamanlar ölkəmizə qarşı yürüdülən qərəzli yanaşmanın daha bir sübutudur. Hesab edirəm ki, bu bəyanatların ardıcıl verilməsi müəyyən dərəcədə dünyada baş verən iqtisadi və siyasi böhran prosesləriylə daha çox əlaqədardır. Avropada yaşanan maliyyə böhranı və bu böhrandan doğan fəsadlar demokratiyaya dəstək adıyla imitasiya edilməyə çalışılır. Böhrandan çıxış yollarından biri kimi isə gənc müstəqil dövlətləri iqtisadi və siyasi cəhətdən asılı etmək siyasəti aparılır.

Təbii ki, Azərbaycanın neft qiymətlərinin dəyişikliyindən sarsılmaması və iqtisadi layihələri əvvəlki tempdə davam etdirə bilmək gücündə olması bu bəyanatı verənləri narahat etməyə bilməz. Məhz bu səbəbdəndir ki, onlar demokratiya adından siyasi mədəniyyətə sığmayan formalarda istifadə edirlər.

Lakin məsələyə Azərbaycanın daxili işlərinə qarışmaqlarına haqq qazandırmaları prizmasından yanaşsaq, onda Azərbaycan ərazisi olan Qarabağdakı proseslərə də birbaşa müdaxilə etməlidirlər. Amma təəssüf ki, belə deyil. Onlar hüquqi cəhətdən əsaslanmamış qərarlarla 2-3 nəfər “siyasi məhbus” adlandırılan şəxsləri müdafiə edərkən yüzminlərlə qaçqın və məcburi köçgünümüzün isə iqtisadi və siyasi haqları ayaq altına salınır.

Azərbaycanda keçiriləcək parlament seçkisi öncəsi bəyanat verənlər sentyabrın 13-ündə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək seçkiləri gündəmə gətirib demokratik prinsiplər, beynəlxalq hüququn aliliyindən bəhs etməyi isə unudurlar.

Suriyada yaşanan olaylardan sonra qaçqın kriziylə üzləşən Avropa on minləri qəbul etməyi özünə təhlükəli hesab edir və onların yerləşdirilməsinə, iqtisadi təminatına gücünün çatmadığını bildirir. Bununla birlikdə, 20 ildən artıq müddətdə milyondan artıq Azərbaycan qaçqınının hansı təminatlarla yaşadığını isə görməzdən gələrək Azərbaycana öz dəstəyini göstərməkdən yayınır.

Avropada bir sıra fraksiyalar, siyasi qurumlar hər zaman Azərbaycanın mühüm tədbirlərə və seçkilərə hazırlaşdığı dönəmlərdə dövlət maraqlarımıza zərbə vurmaq siyasəti yürüdüblər. İndi də belədir. Məhz bu səbəbdən bu tip qərarların verilməsi təəccüblü deyil.

Konkret desək, Avropa Parlamenti hüququn aliliyini təmin etmir, əksinə beynəlxalq hüququ öz maraqları naminə zorlayır. Sözün birbaşa mənasında!

Odur ki, avropalı “demokrat”lardan ədalət gözləməyə dəyməz. Biz yolumuza davam edək, cənablar!”

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti