DADP sədri Azərbaycan xalqını təbrik etdi

Müəllif: Redaktor

Editor

unnamedDemokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov müqəddəs Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Əziz həmvətənlərim!

Dəyərli DADP üzvləri!

Sizi dünya müsəlmanlarının birlik, bərabərlik və şəfqət rəmzi sayılan müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, sizə və sevdiklərinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban bayramı biz azərbaycanlıların ən sevimli,həmişə arzulanan bayramlarımızdanbiridir. Xalqımız əsrlər boyu bu bayramı qeyd edib,yaşadıb və bugünki nəsillərə miras qoyub. Hər il Qurban bayramı günlərində insanlarımız Uca Yaradana yaxınlığın, bir-birilə sıx ünsiyyətin, təbrikləşmənin, dostluq və
qohumluq bağlarını təzələməyin sevincini yaşayırlar.

Qurban bayramı hər bir insana yaxşılığa doğru dəyişmə, yeniləşmə fürsəti verir. Qurban mərasimi insanın insan üçün dəyərini artırır. İnsanlar əllərində olan imkanları başqaları ilə paylaşmaq təcrübəsi əldə edirlər bu bayramda. Bir sözlə,bu bayram hər bir cəhətilə gözəlliklər bayramı, şəfqət və mehribanlıq bayramı,dostluq və qardaşlıq bayramıdır.
Mən də məhz bu cəhətlərinə görə bu bayramı çox sevirəm və bu bayramın sayəsində biz azərbaycanlılar arasında dostluq və qardaşlıq tellərinin daha da möhkəmlənməsini arzu edirəm.

Dəyərli bacı və qardaşlarım! Sevgiylə,sevinclə dolu bu mübarək bayram günlərində bir daha hamınızı təbrik edir, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı ailəsinə hüzur, rifah,bərəkət və xoşbəxtlik diləyirəm. Qoy sizin üzünüzdən təbəssüm, evlərinizdən əminamanlıq əskik olmasın.

Allah ölkəmizi və millətimizi qorusun.

Bayramınız mübarək olsun !”



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır