DADP sədri: “Türkiyənin kədəri kədərimizdir”

Müəllif: Redaktor

Editor

unnamedYenicag.az-ın məlumatına görə, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Türkiyə səfirliyinə məktub ünvanlayıb. Partiya sədri son günlər qardaş ölkədə PKK terroru nəticəsində onlarla əsgər və dinc insanların həlak olmasından narahatlığını dilə gətirib və başsağlığı verib:

“Son günlər PKK terroru nəticəsində qardaş Türkiyədə hər gün onlarla əsgər və dinc sakin həlak olur. Xain hücumlar nəticəsində yaşanan acı olaylar bizi üzür. Biz Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) üzvləri olaraq qardaşlarımızın acılarını bölüşürük. Biz də tarix boyu erməni xəyanətlərindən və terrorizmindən əziyyət çəkmiş bir dövlət və xalq kimi terror olaylarını lənətləyirik. Terror aktları nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik”

DADP sədri Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu, qardaş ölkəyə hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib:

“Azərbaycan və Türkiyə dövlətləri arasında əlaqələr hər zaman qardaş münasibəti çərçivəsində olmuşdur. Türkiyənin sevinci sevincimiz, kədəri isə kədərimizdir.Azərbaycan xalqı qardaş Türkiyə xalqına bu hadisələrdə də istər mənəvi dəstək, istərsə də canlı qüvvələri ilə dəstək olmağa hazırdır.

Biz inanırıq və əminik ki, bu terror olaylarını törədən PKK-çılar və yandaşları heç zaman istəklərinə çata bilməyəcəklər və onlar öz layiqli cəzalarını alacaqlar”



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır