Yazı İçi 468×60

Erməni işğalı altındakı torpaqlara icazəsiz səfər edən türk yazıçı və siyasətçilər prezident İlham Əliyevə məktub göndəriblər.

Yenicag.az xəbər verir ki, Türkiyəli sabiq millət vəkili Ufuk Uras, jurnalist-köşə yazarları Ali Bayramoğlu, Erol Katırcıoğlu və Sait Çetinoğlu 22 sentyabrda İrəvanda baş tutan iclasda iştirak etdikdən sonra Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağa səfər edərək, Azərbaycan və Türkiyə əleyhinə açıqlamalar veriblər.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər “vəziyyətin mülayimləşdirilməsi və onları gözləyən hüquqi sanksiyaların ləğv olunması” məqsədilə prezident İlham Əliyevə məktub yazıblar.

Məsələ ilə bağlı saytımıza məlumat verən mənbə bildirib ki, Azərbaycanın torpaq bütövlüyünü pozaraq, erməni işğalı altındakı Qarabağ bölgəsinə gedən türkiyəli siyasətçi və yazarların prezidentə ünvanladığı məktubda bölgəyə xoşməramlı səfər etdikləri qeyd olunub. Onlar oradakı çıxışları zamanı Xocalı soyqırımını qəti şəkildə qınadıqlarını və öz məsələlərinin beynəlxalq səviyyədə müzakirəyə çıxarılmayacağına ümid etdiklərini əlavə ediblər.

Azərbaycan Respublikası baş prokuroru Zakir Qaralov məsələ ilə bağlı keçən həftə açıqlama verərək, türkiyəli siyasətçi və yazarlar barədə hüquqi prosesin başlaması üçün Türkiyənin müfaviq qurumlarına müraciət edildiyini söyləyib. Dövlət sərhədlərini pozaraq, erməni işğalı altındakı Azərbaycan torpaqlarına səfər edən dörd Türkiyə vətəndaşı sentyabr ayının 27-də İnterpolun axtarışına verilib və onlar barədə qırmızı bülleten çıxarılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1840
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."