!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağlıq Qarabağda üç erməni hərbçisi məhv edilib

!Reklam – Yazi

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində 3 erməni əsgəri öldürülüb.

Yenicag.az-ın məlumatına görə, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, Azərbaycan ordusunun qumbaraatanlardan açdığı atəş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları 1997-ci il təvəllüdlü Araik Matinyan, Viqen Petrosyan və Vardan Sarqsyan ölüb.

Xatırladaq ki, bu gün təmas xəttində Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

Yenicag.az

www.yenicag.az

898
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv