!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağlıq Qarabağı Azərbaycan torpağı saymayan türk jurnalisti Elnur Aslanov necə qorudu?

!Reklam – Yazi

img2071755“Milliyet”in yazarı Nagehan Alçının adının XİN-in “qara siyahı”dan çıxarılması o zaman PA-da şöbə müdiri işləyən E.Aslanovun ciddi səyi nəticəsində mümkün olub; ötən həftə Bakıya ilk dəfə gələn jurnalist nələr yazıb?

Geridə qalan aprel ayında ordumuzun Dağlıq  Qarabağ ətrafında işğal olunmuş ərazilərimizdə uğurlu əməliyyatı  Azərbaycanın dostlarını sevindirdi, düşmənlərini isə yenə yasa boğdu. Qərbdəki ermənipərəst qüvvələrin səsi bu dəfə o qədər də hündürdən eşidilməsə də, təəssüf ki, erməni lobbisinin pulları ilə peydahlanan “sapı özümüzdən olan baltalar” yenə ortaya atıldılar, işğalçı Ermənistan üçün göz yaşları axıtdılar. 
Bu savaşda qardaş Türkiyə Azərbaycana həmişəkindən daha artıq dəstək verdi, hətta müxtəlif siyasi dairələrin maddi təsiri altında olan media da əsasən ordumuzun zəfərini qürurla dünyaya duyurdu. Amma… 
Onun adını Azərbaycan  ilk dəfə 2008-ci ildə eşidib. Dağlıq Qarabağa…İrəvandan gedən türk jurnalisti kimi…”Milliyet” qəzetinin köşə yazarı  Nagehan Alçı əzəli Azərbaycan torpaqlarından hazırladığı “reportajlarla” özünün əsl simasını hələ o zaman ortaya qoymuşdu. İşğal zonasına İrəvandan getdiyi və həm də yazdığı ermənipərəst reportajlarına görə Azərbaycan Xarici İşlər Nazirliyi bəlkə də ilk dəfə türkiyəli jurnalistin adını “qara siyahı”ya saldı, onun Azərbaycana gəlməsi rəsmən yasaqlandı.
 
Məlumdur ki, “qara siyahı” Azərbaycanın işğal altında olan torpaqlarına Ermənistan üzərindən və ermənilərin dəstəyi, ermənilərin müşayiəti ilə səfər edən xarici jurnalist və diplomatlara, siyasi-ictimai xadimləri, sənət adamlarına şamil edilir.
Əlbəttə, özünə “mən  türkəm” deyən bir qadın onun soyundan olan bir toplumun maraqlarını bu cür tapdamamalıdır. İşğal olunmuş qədim yurdumuz Xankəndinə  Stepanakert adını xatırladaraq, “Qarabağın baş kəndi” yazan, əsl həqiqətləri erməni lobbisinin paralarına qurban edən jurnalisti xain əməllərinə görə Azərbaycana buraxmamalıydılar. Yada salaq ki, bu praktika təkcə Azərbaycanda deyil, bu tip münaqişələrə cəlb edilən digər ölkələrdə də var.
 
2013-cü ildə Nagehan Alçının adı gözlənilmədən XİN-in “qara  siyahı”sından çıxarıldı. Adətən bu cür məsələlərdə XİN onu əsas götürür ki, statusundan asılı olmayaraq hər hansı bir şəxs işğal olunmuş torpaqlara səfərinə izahat verir, üzr istəyir. Bilinən qədər Nagehan Alçı belə bir yazı qaralayıb, amma üzürü yenə qəbahətindən betər olub… 
“Yeni Müsavat”ın əldə etdiyi dəqiq bilgiyə görə, 2013-də Nagehan Alçının adının “qara siyahı”dan çıxarılması o zaman Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri işləyən Elnur Aslanovun ciddi səyi nəticəsində mümkün olub. Xəbərdə  deyilir ki, E.Aslanovun himayəsinə aldığı jurnalistin adının “qara siyahı”dan çıxarılmasına Türkiyədəki  diplomatik korpusumuz, dost ölkədə  fəaliyyət göstərən Azərbaycanın dostlarına aid bir sıra dərnəklər etiraz da edib. Çünki onlar ermənilər və Ermənistan haqda daima yazılar yazan bir jurnalistin, nəhayət, vicdanın səsinə qulaq asacağına inanmayıblar. Təəssüf ki, E.Aslanovun “təhlili” və “informasiya təminatı” sayəsində anti-Azərbaycan mövqeli bu qadının adı “qara siyahı”dan çıxarılıb. 2014-cü ilin mayında həm də Türkiyədəki bu cür şübhəli fəaliyyətinə görə  PA-dakı vəzifəsindən qovulan E.Aslanovun Nagehan Alçını niyə bu qədər israrlı müdafiə etdiyi hələ də bilinmir.
Bilinən odur ki, Nagehan Alçı aprelin 10-da  “Azeriler dost, Ermeniler düşman mı?” (
http://www.milliyet.com.tr/azeriler-dost-ermeniler-
dusman/gundem/ydetay/2224395/default.htm
) sərlövhəli yazısı ilə bir daha erməni sevgisini ortaya qoyub. Erməni təxribatı nəticəsində cəbhədə Azərbaycanın dörd bir tərəfinə şəhid tabutları getdiyi bir vaxtda Nagehan Alçı ermənilərin itkilərindən yazan türk mediasını hətta qınayıb da. Onun təkcə sərlövhəyə çıxardığı bu mövqeyi  E.Aslanovun “kadrının” dəyişmədiyini görmək üçün kifayətdir. Amma bu da son deyil…


Aprelin sonunda  Bakıda baş tutan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda… Nagehan Alçı da iştirak edib. “Milliyet” yazarı  Bakıya ilk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsində gəlib. Komfort və rahat…
Amma burada da gördükləri onu məmnun etməyib, Bakını  Qərbdən “kopyalanmış şəhər”  hesab edib, Ərdoğana Azərbaycan rəhbərliyinin diqqətinə  isə qısqanc yanaşıb. Yazıda Azərbaycan hakimiyyətinə ünvanlı tikanlı ifadələr işlətməkdən vaz keçməyib.
Amma cızma-qarasında əsas hədəf Bakıdan sonra təyyarəsində bu dəfə Xorvatiyaya getdiyi Ərdoğan olub. Türkiyə prezidentinin Xorvatiyadakı salonda  çox isti qarşılanmasını həmkarının dilindən olaraq  ‘Michael Jackson geldi sanki’ ifadəsini işlədib. Türkiyə prezidentinə bu cür münasibətinin Nagehan Alçının adını “qara siyahı”dan çıxaran E.Aslanova nə qədər aidiyyəti olduğunu demək çətindir. Amma onu birmənalı demək olar ki, Nagehan Alçı öz mövqeyini dəyişməyib və yenə qərəzli və erməniyanlıdır. 
Bəs görəsən, E.Aslanov onun ant-Azərbaycan yazılarını oxuduqdan sonra indi nə düşünür? Bizim XİN-in də düşünməsi lazım…
****
Yazı yayınlandıqdan sonra qəzetimizin baş redaktoru ilə bilavasitə əlaqə saxlayan Elnur Aslanov bildirib ki, məqalədə göstərilən məqamlarla razı deyil və özünə aid bütün iddiaları rədd edir: “Mən o qadını tanımıram, belə bir təşəbbüslə də çıxış etməmişəm… “
 
“Yeni Müsavat”

www.yenicag.az

809
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv