!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha 126 partlamamış hərbi sursat tapıldı – Xızıda

!Reklam – Yazi

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edib.

Yenicag.az ANAMA-ya istinadən xəbər verir ki, noyabrın 11-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 126 ədəd partlamamış hərbi sursat (PHS), 211 ədəd partlamış-yanmış mərmi qalıqları və 371 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 878 000 kv.m (87.80 ha) ərazi yoxlanılıbr.

Ümumiyyətlə, 66 gün ərzində 14 941 ədəd partlamamış hərbi sursat (PHS), 7 220 ədəd partlamış-yanmış sursat qalıqları və 64 644 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 63 742 585 kv.m (6 374 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

www.yenicag.az

2502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv