!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Daha 4 boksçumuz final yolunda

!Reklam – Yazi

boksBu gün I Avropa Oyunlarında boks yarışlarına yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, 5 çəki dərəcəsində final qarşılaşması keçiriləcək. Bununlada boks yarışlarına yekun vurulacaq. Bu çəkilərin 4-də Azərbaycan boksçuları qızıl medal üçün çalışacaqlar.

Boks
27 iyun

Kişilər
60 kq
Finala qədər bütün rəqiblərini 3:0 hesabı ilə üstələyən Albert Səlimov final görüşündə Sofian Oumina ilə döyüşəcək.

69 kq
Gənclər arasında qitə çempionu olan Pərviz Bağırov Avropa Oyunlarının qızıl medalına yiyələnmək üçün finalda rusiyalı Aleksandr Besputinə qalib gəlməyə çalışacaq.

75 kq
Bu çəkidə ölkəmizi təmsil edən Xaybula Musalovu finalda çətin sınaq gözləyir. İdmançımız gənclər arasında bir neçə mükafata nail olmuş irlandiyalı 22 yaşlı Maykl O Reylli ilə üz-üzə gələcək.
91 kq

İnamlı qələbələrlə finala qədər irəliləyən Abdulqadir Abdullayev Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanla döyüşəcək.

Qeyd edək ki, boks yığmamızın aktivində 3 qızıl, 3 bürünc medal var. Komandamızın üzvlərindən Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq) və Teymur Məmmədov (81) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və Anna Əlimərdanova (54 kq) 3-cü yeri tutub. (azvision.az)

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv