!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha 9 nəfər Müsavatdan getdi – Siyahı

!Reklam – Yazi

musavatp91Müsavat Partiyasından daha 9 nəfər istefa verib.

Bu barədə AzNews.az-a “Ağ blok”un təsisçisi Tural Abbaslı məlumat verib. O, istefa verənlərin adlarını açıqlayıb: “Emin Məmmədli, Vüsal Qurbanlı, Samirə Həşimi, Toğrul Abbaslı, Vüsalə Əlizadə, Araz Teymurlu, Ayaz Teymurlu, Azad Ələsgərov və Tural Məmmədovdur. Biz Müsavatla yollarımızı ayırmışıq və yeni partiya qurmaq istiqamətində çalışırıq. Kim bizimlə bu yolda yürümək istəsə təmsil olunduğu əvvəlki yerdən istefa verəcək. Odur ki, yeni istefaların olub olmayacağını zaman göstərəcək”.

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı isə AzNews.az-a açıqlama verərək istefa verənlərin Müsavat Partiyasına zərrə qədər də təsir etmədiyini bildirib: “İstefa verənlər Müsavat partiyasının qurultayından sonra partiya ilə əlaqəni kəsən, heç bir fəaliyyət göstərməyən şəxslərdir. Hətta bunların arasında 4 nəfərin müsavatçı olmağına şübhə var. Sadəcə araşdırılmalıdır. Əslində bunların sayı 10-15 nəfərdir. İki gündən bir biri bəyanat verib diqqəti özlərinə cəlb etməklə şou qurmaq istəyirlər. Özləri də görürlər ki, heç bir ciddi reaksiya doğurmur”.

R.Əmiraslanlı onu da əlavə edib ki, tək son bir ayda onlarla gənc Müsavat partiyasının sıralarına qəbul olunub.

Qeyd edək ki, bundan əvvəl partiyanın 7 üzvü istefa verib. Onlar buna səbəb olaraq Müsavat Partiyasında aparılan siyasətin müsavatçılıq ideologiyasına zidd olduğunu bildiriblər.

www.yenicag.az

817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv