Yazı İçi 468×60

65526Dünən Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana ölümü baş verib.

Astara royonu, Ərçivan kənd sakini, 1980-cı il təvəllüdlü Xoşqədəm Yədulla qızı Məmmədova üzərində aparılmış qeysəriyyə əməliyyatından sonra ölüb.

Əməliyyatı doğum şöbəsinin mama-ginekoloqu Mehparə Cəzail qızı Rufullayeva edib. Əməliyyat dünən axşam saatlarında aparılsa da, bu gün səhər saatlarında ana ikinci dəfə əməliyyata götürülüb.

Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qohumları ölümdə həkimi günahlandırırlar. Bildirilir ki, əməliyyatdan əvvəl ananın səhhətində heç bir problem olmayıb. Əksinə bir neçə gün qabaq xəstəxana şəraitində yoxlanıb, müalicə almışdır. Yeni doğulmuş körpənin vəziyyəti qənaətbəxşdir.

Məsələ ilə əlaqədar xəstəxana ilə əlaqə yaratmaq istəsək də, bu mümkün olmadı. Xəstəxanın baş həkimi Ağabala Kəlbiyev zənglərə cavab vermədi. Baş həkimin müavini Taleh həkim isə Bakıda olduğunu əsas gətirərək açıqlama vermədi. (anspress.com)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Yazı İçi 468×60

    58878Bakıda daha bir körpə doğuşda ölüb.

    Bu barədə dünyasını dəyişən uşağın atası Cəfər Cəfərov  bildirib. Şikayətçi iddia edir ki, övladının ölümündə həkimlər günahkardırlar.

    Belə ki, oktyabrın 16-da 1987-ci il təvəllüdlü Lalə Cəfərova doğuş üçün Sabunçu rayon 3 saylı xəstəxanaya müraciət edib. Züleyxan həkimin nəzarəti altında doğuş həyata keçirilib. Doğuş zamanı körpə beyin travması alıb. Qadın 4 kiloqram 200 qram çəkidə oğlan uşağı dünyaya gətirib. Uşağın halı pisləşdiyi üçün onu Pediatriya İnstitutuna aparıblar. Lakin orada da körpənin həyatını xilas etmək mümkün olmayıb.

    “9 ay müddətində müayinələr zamanı heç bir problem yaranmamışdı. UDM, dopler müayinələri və analizləri yaxşı nəticə göstərirdi. Sonra dedilər uşaq beyin travması alıb”, – deyə Cəfər Cəfərov şikayətində bildirib.

    Məsələ ilə əlaqədar Sabunçu xəstəxanasının həkimi Züleyxa xanımla və şöbə müdiri Arzu xanımla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Pediatriya İnstitutunun həkimi Tamilla Orucova ilə danışıqlarımız zamanı isə məlum oldu ki, uşaq doğuş zamanı oksigen çatışmazlığından əziyyət çəkib. Nəticədə uşaq beyin travması alıb.

    Hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə ilə əlaqədar araşdırma aparılacaq. (anspress.com)

    Yenicag.Az - www.yenicag.az

    Tarix:
    Oxunma sayı: 23
    Kateqoriyalar:
    Etiketlər:
    Paylaş:

    × Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

    Nə düşünürsən?
    Xəbərləri İzləyin
    Bənzər Xəbərlər

      Yazı İçi 468×60

      57378Bərdədə ana doğuş zamanı ölüb.

      Hadisə Bərdə rayon mərkəzi xəstəxanasının doğum şöbəsində baş verib.

      Yevlax rayon sakini 25 yaşlı Manafova Aynur Məhərrəm qızı dünən xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisə təxminən 3 saat bundan əvvəl baş verib. Bu gün axşam saatlarında o, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb.

      Xəstəxanada rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları araşdırma aparırlar.

      Yenicag.Az - www.yenicag.az

      Tarix:
      Oxunma sayı: 22
      Kateqoriyalar:
      Etiketlər:
      Paylaş:

      × Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

      Nə düşünürsən?
      Xəbərləri İzləyin
      Bənzər Xəbərlər

        Yazı İçi 468×60

        llllllAzərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb.

        Binəqədi Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə iyunun 7-də qeydə alınıb.

        Abşeron rayon sakini Günay Əliyeva Binəqədi rayonu ərazisindəki Məlikov adına Şəhər Klinik Xəstəxanasında doğuş zamanı ölüb. Uşaq isə sağdır.

        Faktla bağlı araşdırma aparılır.

        Yenicag.Az - www.yenicag.az

        Tarix:
        Oxunma sayı: 21
        Kateqoriyalar:
        Etiketlər:
        Paylaş:

        × Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

        Nə düşünürsən?
        Xəbərləri İzləyin
        Bənzər Xəbərlər

          Yazı İçi 468×60

          kjkljliulijAzərbaycanda doğuşdan sonra daha bir ana ölümü hadisəsi baş verib.

          Hadisə Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb.

          Mərkəzdən verilən məlumata görə, Saatlı rayonunun Çolpu kənd sakini, 1987-ci il təvəllüdlü Rzayeva Alidə Ağalar qızı ötən gecə mərkəzdə  qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. 38 həftəlik olan uşaq dünyaya gələndən sonra qadında daxili qanaxma başlayıb. Qadın ikinci dəfə əməliyyata götürülüb.   Əməliyyatdan sonra özünü yaxşı hiss edən xəstənin halı bu gün səhər saatlarında pisləşib və o, kəskin ağciyər və ürək catışmazlığından dünyasını dəyişib.

          Həkimlər qanaxmaya səbəb kimi qadında qan xəstəliyinin olmasını göstəriblər. Alidə Rzayevanın 5 yaşında talassemiya xəstəliyi ilə bağlı dalağının çıxarıldığı qeyd olunub.

          Ölümün səbəbləri ekspertizanın rəyindən sonra açıqlanacaq. Ekspertlərin ilkin rəyinə görə isə xəstə ağ ciyər arteriyasının tromboemboliyası  nəticəsində dünyasının dəyişib.

          Qeyd edək ki, Alidə Rzayeva bundan əvvəl də qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib(apa).

          Yenicag.Az - www.yenicag.az

          Tarix:
          Oxunma sayı: 21
          Kateqoriyalar:
          Etiketlər:
          Paylaş:

          × Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

          Nə düşünürsən?
          Xəbərləri İzləyin
          Bənzər Xəbərlər

            WideSkyscrapper 160×600

            WideSkyscrapper 160×600

            "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."