www.sinerjipro.net

SinerjiProWide
Reklam

Şahin Mustafayev ilə Məmməd Musayev TUSKON vasitəsi ilə hansı pulları yuyurlar?

 Daha bir nazir Gülən Camaatı ilə əlaqədə suçlanır. Bu barədə Azerinfo.org-a daxil olan məlumata görə, Ərdoğanın “qara siyahı”sında adı olan nazirlərdən biri də Şahin Mustafayevdir. İqtisadiyyat və Sənaye naziri olan Şahin Mustafayev gülənçi iş adamlarına geniş şərait yaratmaqda suçlanır.

Belə ki, nazirin Gülənin kontrolunda olan TUSKON-un partnyor təşkilatı olan TUSİAB ilə çox isti münasibətlərinin olduğu və onlara şərait yaratdığı bildirilir. O da vurğulanır ki, hazırda Ərdoğanın çökdürərək, Camaata zərbə vurmaq istədiyi Türkiyə İş adamları və Sənayeçilər Konfederasiyasının (TUSKON) sədri Rizanur Meral  ilə Şahin Mustafayev arasında çox ciddi münasibət mövcuddur.

Tərəflərin isti münasibətində önəmli rol oynayanlardan biri isə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevdir. Mənbəmiz Şahin Mustafayev Məmməd Musayevin TUSKON vasitəsi ilə kirli pulların təmizlənməsi əməliyyatlarını da tez tez təkrarladıqlarını vurğulamaqdadır.

Maraqlıdır ki, redaksiyamıza daxil olan şəkillərdə Şahin Mustafayev ilə Ərdoğanın düşmənlərindən olan TUSKON başqanı Rizanur Meral birlikdə görünür. R.Meralın rəsm çəkdirdiyi şəxslər arasında adı son günlər çox hallanan deputat Ceyhun Osmanlı, Ənvər Özeren və digərlərinə də rast gəlmək olur.

Onu da qeyd edək ki, Ərdoğanın Bakı səfərindən sonra sərt çıxış edən Rizanur Meral “sən kimsən ki, bir əmrinlə bütün dünyada məktəblərin bağlansın” deyərək, seçkidən sonra baş nazirə meydan oxuyan ilk camaatçı nüfuzlu şəxs ünvanını qazanıb. Yəni, Gülən Camaatının iqtisadi imperiyasının başında dayanan şəxs olaraq, Ərdoğanın önündən çəkilmək, barışmaq yerinə baş nazirlə savaşı sürdürüb. / AZERİNFO.ORG

  

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 86
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."