Daha bir bankın rəhbərliyində dəyişiklik olub – YENİLƏNİB

Müəllif: Redaktor

Editor

7b786e2086b7b6beca4fb42d6b248452“Unibank” baş vermiş kadr dəyişikliyinə münasibət bildirib.
Bankdan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, İdarə Heyətinin üzvü, eyni zamanda Risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı Azad Qasımov bu gündən öz karyerasını iri qeyri-maliyyə holdinqində davam etdirəcək.

Bundan başqa, açıqlamada qeyd edilib ki, Korporativ bank xidmətləri departamentinin rəhbəri İqor Okayev ölkədə fəaliyyət göstərən kommersiya banklarının birinə keçib.

İ. Okayevi Məcid Məmmədov əvəz edib.

“Unibank” rəhbərliyi bankın inkişafına verdiyi töhfələrə görə Azad Qasımova və İqor Okayevə dərin təşəkkür edir və onlara yeni işlərində uğurlar arzu edir”, – deyə bankdan bildirilib.

***

“Unibank”da kadr dəyişikliyi baş verib.

Bankın İdarə Heyətinin üzvü, eyni zamanda Risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı Azad Qasımov vəzifəsindən öz xahişi ilə uzaqlaşıb. Onun yerinə təyinat yoxdur.

Bundan başqa, Məcid Məmmədov Korporativ bank xidmətləri departamentinin rəhbəri vəzifəsində İqor Okayevi əvəz edib.

Bankdan xəbəri təsdiqləyiblər(APA).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir