!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir baş redaktor hədəfdə

!Reklam – Yazi

AzNews.az_nushirevan_elnurBakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi polkovnik Nuşirəvan Səfərov “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Polis rəisi saytın 31 avqust tarixli buraxılışında yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib və E.Məhərrəmlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edib. İddia ilə bağlı hazırlıq iclası sentyabrın 22-də Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, sözügedən yazıda Dövlət Yol Polisi İdarəsi (DYPİ) Azərbaycanda əhalinin ən çox narazılıq etdiyi, vətəndaşları dövlətdən incik salan, rüşvətin geniş yayıldığı dövlət qurumlardan biri kimi təqdim olunub, sistemin başında duran konkret şəxslər, o cümlədən Nuşirəvan Səfərov sərt tənqid olunub.

E.Məhərrəmli bu tənqidlərə görə N.Səfərovun təkzib, üzrxahlıq tələb etmədən, yazıdakı iddialara aydınlıq gətirmədən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsini “AzPolitika”ya qarşı təzyiq cəhdi adlandırıb: “Hörmətli N.Səfərovu qəzəbləndirən yazıda iddia olunub ki, ən yüksək səviyyədə tənqidlərə, xəbərdarlıqlara, hüquqi müstəvidə və KİV-də ifşalara baxmayaraq, DYP-nin işində ciddi dönüşə nail olunması mümkün olmur. DYP-də korrupsiya və rüşvət var. DYP vətəndaşları sortlara bölür və hansısa maraqların təmin olunması qarşılığında “imtiyazlı sürücülər” təbəqəsi formalaşdırıb. Buna görə bu sistemin başında duranlar hüquqi və mənəvi məsuliyyət daşıyır. Yalandırmı?”

Sayt rəhbəri deyir ki, məhkəmədə iki maddi sübutun araşdırılmasına xüsusi diqqət yetirəcəklər: “Məhkəməyə biri videokadr, biri audioyazı olmaqla, iki maddi sübut təqdim edəcəyik. Videokadrlarda “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri” yazısı yayımlandıqdan 3 gün sonra – N.Səfərovun iddia ərizəsi məhkəməyə təqdim olunan tarixdə elə mənim maşınımın DYP tərəfindən saxlanılması və rüşvət istənilməsi görüntüləri öz əksini tapıb. DYP işçisi həyasızcasına sürücüdən 50 manat tələb edir, sonda 30 manata razılaşır. “Bizim işimiz budur, saxlayıb 30-40 manat alıb buraxırıq”, deyə sırtıqlaşaraq bildirir. Bilmək istəyəcəyik ki, bu görüntülərin Nuşirəvan müəllimin “tər-təmiz mənəvi dünyasına” aidiyyatı varmı? Audioyazıda isə Nəcməddin Sadıkovun oğlunun saxlanmasına görə Nuşirəvan Səfərovun öz işçisinə təzyiqləri haqda danışıqlar öz əksini tapıb. DYP rəisinin hansı əsasla N.Sadıkovun oğlunu qanunların fövqündə saxladığını da bilmək maraqlı olacaq”.

E.Məhərrəmli hesab edir ki, N.Səfərovun xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi “AzPolitika”nı təzyiqlə “yazının sifarişçisini” açıqlamağa məcbur etmək məqsədini daşıyır: “Yazı yayımlandıqdan sonra N.Səfərovun “elçiləri” bir neçə dəfə redaksiyamızda olublar. N.Səfərovun yazının sifarişlə yazıldığına əmin olduğunu bildiriblər. “Niyə 5 gün əvvəl yox, indi yazılıb” deyə, ortaya məntiqsiz suallar atıb, “sifarişçinin” DİN sistemində olduğunu bildiklərinə eyham vurublar. İnsan nə qədər xoflu olmalıdır ki, mətbuatda barəsində dərc olunmuş tənqidi yazının sifarişçisi kimi, özünün böyük rəislərindən, rəhbərlərindən şübhələnsin və müxtəlif vasitələrlə bu barədə redaksiyadan “ifadə almağa” cəhd etsin…”(aznews).

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv