!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Daha bir cüdoçumuz Avropa çempionu oldu

!Reklam – Yazi

Polşanın paytaxtı Varşavadakı Avropa çempionatının üçüncü yarış günündə Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb.

“Report”un məlumatına görə, bu dəfə ağır çəki dərəcələrindəki təmsilçilərimiz yarışıblar.

Onlardan Uşangi Kokauri (+100 kq) 1/8 finalda keçirdiyi ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) isə yarımfinala yüksəlib. Qasımovla Məmmədov finala vəsiqə uğrunda görüşdə üz-üzə gəliblər. Bu dəfə daha təcrübəli olan dünya çempionu ipponla qalib gələrək, finala yüksəlib. Mehdiyevlə Qasımov isə həm yarımfinalda, həm də təsəlliverici görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər.

Məmmədov isə həlledici görüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, fransalı Siril Mareyə qızıl xalda ipponla qalib gəlib. Bununla da Azərbaycan təmsilçisi 2013-cü ildə əldə etdiyi dünya çempionluğundan sonra Avropa çempionu tituluna da yiyələnib. Bu, Avropa çempionatında 5-ci medal və ikinci “qızıl” olub.

90 kq

Bürünc medal görüşü. Məmmədəli Mehdiyev – Beka Qvinaşvili (Gürcüstan)

1/2 final. Məmmədəli Mehdiyev – Aleksandr Kukol (Serbiya)

1/4 final. Məmmədəli Mehdiyev – Yeqor Varapayev (Belarus)

1/8 final. Məmmədəli Mehdiyev – Marko Bubanya (Monteneqro)

1/16 final. Məmmədəli Mehdiyev – İon Dumbrava (Moldova)

100 kq

Bürünc medal görüşü. Elmar Qasımov – Kazbek Zankişiyev (Rusiya)

1/2 final. Elmar Qasımov – Elxan Məmmədov

1/4 final. Elmar Qasımov – Kirill Denisov (Rusiya)

1/8 final. Elmar Qasımov – Mikita Svirid (Belarus)

1/16 final. Elmar Qasımov – Filipp Qalandi (Almaniya)

Final. Elxan Məmmədov – Siril Mare (Fransa)

1/2 final. Elxan Məmmədov – Elmar Qasımov

1/4 final. Elxan Məmmədov – Peter Paltçik (İsrail)

1/8 final. Elxan Məmmədov – Artur Nikiforenko (Latviya)

1/16 final. Elxan Məmmədov – Vinçentso D Arko (İtaliya)

+100 kq

1/8 final. Uşangi Kokauri – Harun Sadıkoviç (Bosniya və Herseqovina)

Qeyd edək ki, Avropa çempionatının ilk 2 yarış günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

Yeniçağ.az

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv