Daha bir dəhşətli təyyarə qəzası

Müəllif: Redaktor

Editor

nepal_polis_teyyareNepalda “Kasthamandap Air” yerli avia şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 9 sərnişin və 2 heyət üzvü olub.

Sinxua agentliyinin verdiyi məlumata görə, qəzaya uğrayan təyyarə Nepalqanc şəhərindən Cumla şəhərinə doğru hərəkət edirmiş. İlkin məlumata əsasən, heyət üzvü olan hər iki nəfər ölüb. Sərnişinlər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Nepal hökumətinin nümayəndəsi Padamlal Lamiçan isə qəza nəticəsində ən az 1 nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, təyyarədə texniki nasazlıq olub. Pilotlar təyyarəni endirməyə cəhd etsələr də, bu uğursuz olub. Qəza baş verən ərazinin çətinliklə gedilə bilən yolda olduğu bildirilir. Ən yaxın şəhər isə 4 saatlıq məsafədədir. Hazırda qəza yerinə polis və xilasedicilər göndərilib.

Xatırladaq ki, fevralın 24-də Nepalda “Tara Airlines” avia şirkətinə məxsus təyyarə qəzaya uğramışdı. Nəticədə təyyarədə olan 23 nəfərin hamısı vəfat etmişdi.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır