!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir deputat seçkidə iştirakdan imtina etdi

!Reklam – Yazi

etibarhuseynovDeputat Etibar Hüseynov noyabrın 1-də Mill Məclisə keçiriləcək seçkilərdə iştirak etməkdən imtina edib.

Bu barədə məlumatı Etibar Hüseynov özünün “Facebook” hesabında yazıb: “Əziz dostum və qardaşım Ülvi Quliyevin bir-sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı deyişdi. Hər şeyi sıfırdan başlamaq isə böyük maliyyə, vaxt və enerji tələb edir. Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də seçkilərə qatılmamaq qərarını verdim. Bütün namizədlərə uğurlar arzulayıram”.

Qeyd edək ki, Etibar Hüseynov 2010-cu ilin noyabrında parlamentə keçirilən seçkilərdə 15 saylı Yasamal seçki dairəsindən namizədliyini verib və qalib olub. Bu ilki seçkidə həmin dairdən deputat Ülvi Quliyev, Müsavat Partiyasının lideri İsa Qəmbər və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev namizədliyini verib.

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv