Daha bir doğuş faciəsi: Körpə öldü

Daha bir doğuş faciəsi: Körpə öldü

Müəllif: Redaktor

Baş Redaktor

dogub206c42bed704c9Azərbaycanda doğuşdan sonra daha bir uşaq ölümü qeydə alınıb.

Hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qeyd alınıb. Rayonun Aşağı Tala kənd sakini Türkan Əbdürrəhmanova xəstəxananın doğum şöbəsində uşaq dünyaya gətirib. Doğuşdan sonra yaxınlarına körpənin səhhətinin normal olduğu bildirilsə də, iki gün sonra uşaq naməlum səbəbdən dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə nazirliyə məlumat daxil olmayıb. Bildirilib ki, nazirlikdə neanatoloji xidmətin təkmilləşdirilməsi üzrə komissiya fəaliyyət göstərir. Hər bir daxil olan məlumata komissiya tərəfindən baxılır, müvafiq sənədlər toplanır, komissiya üzvləri tərəfindən təhlil olunur. Hadisəyə komissiya iclası tərəfindən baxıldıqdan sonra həmin hadisəyə rəy verilir və müvafiq tədbirlər görülür.

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti