Yazı İçi 468×60

F76E7182-4F87-4EEA-8A00-6CBC226C7664_mw1024_s_n (1)Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi üçün islahatlar başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq komitənin bir neçə alt qurumu ləğv edilib və çoxlu işçi ixtisar olunub. Son bir neçə ay ərzində komitənin 200-ə yaxın işçisi çıxarılıb. Təxminən 3-4 ay öncə başlayan islahatlarla komitənin “Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu”nda, Aparata daxil olan şöbələrdə və digər Xidmət İdarələrində 100-ə yaxın işçi vəzifəsindən azad olunub.

Komitənin daxilində olan “Təcrübə-Sınaq Mərkəzi”nin də son bir ay ərzində paytaxtda yerləşən idarəsindən 60-a yaxın, Gəncədəki şöbəsindən isə 20-ə yaxın işçi ixtisar edilib. Mərkəzin Sertifikat şöbəsi tamamilə ləğv edilib. Hazırda komitənin ləğv edilməsi istiqamətində işlər görülür. Komitəyə daxil olan idarələrin digər oxşar nazirliklərə birləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdu.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."