www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan Futzal Federasiyası dağılmaq üzrədir. Belə ki, futzal klublarında və millilərində “qaçış”lar baş verir. Hətta bəziləri səssis-səmirsiz gedir, heç kimə heç nə demədən…. Ən yaxşı halda hər bir legioner ailə vəziyyətini bəhanə gətirərək, Azərbaycanı tərk edir.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, millini və klubları tərk edənlər illərlə federasiyanı dolduran legionerlərdir. Onlar hətta başqa ölkələrdə özlərinə yeni iş yerləri də tapıblar. Aldığıməz məlumata görə, onların getmələrində əsas səbəb maaş problemidir. Belə ki, qurum rəhbərliyi illərdir razılaşdıqları maaşı azaldıb.

Yerli federasiya yeni qəbul etdiyi qanuna əsasən, böhranı nəzərə alaraq, maaşları 30-40 faizə qədər azaldıb. Bundan narazı qalan legionerlər isə bir-bir Azərbaycan Futzal Federasiyasını tərk etməyə qərar veriblər.
Digər məlumata görə, yerli futzal mütəxəssisləri isə nə vaxtsa quruma çağırılacağı, milliyə cəlb olunacağı günü gözləyirlər. Nədənsə, qurum rəhbərliyi onların gözünü yolda qoyur, arzuladıqları dəvəti etmirlər.
Məsələ o yerə gəlib çatıb ki, qurumda demək olar ki, heç barmaqla sayılacaq qədər də yerli futzalçı yoxdur. Hamısı braziliyalılardan yığılmış komandadır. Bundan əlavə, qurum yerli futzalçılara lap əzizlərinin yanında belə problemlərdən danışmamağı tapşırıb. Bu da haqlı olaraq, yerli idmançıların narazılığına səbəb olub.

Qeyd edək ki, sabiq baş məşqçi Tino Peresin ardından Miltinyo da ailə vəziyyətini əsas gətirirək, futzal yığmamızdan, eləcə də “Araz”ın baş məşqçisi postundan istefa verib.

Aygün İlqarqızı

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.