Daha bir federasiyada maaş qalmaqalı - Məşqlərdən imtina olundu

Müəllif: Redaktor

Editor

Böhran Azərbaycan Basketbol Federasiyasına da təsir edib. Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibovun rəhbərlik etdiyi qurumda da maaş problemi yaşanır.

Basketbol üzrə A milli komandasının üzvlərinin bir müddətdir aylıq məvacibləri verilmir. İdmançılar ailələrini idmandan əldə etdikləri gəlirlə saxladıqlarını deyərək, maaşlarını tələb ediblər. Rəhbərlik də öz növbəsində bir az gözləmələrini, problemin yaxın zamanlarda həll olunacağını deyib.

Həmçinin federasiya rəhbərliyindən o da bildirilib ki, bu problem onlara təsir etməməlidir, məşqlər keçirilməlidir.
Ancaq basketbolçular ABF rəhbərliyinə daha səbr kasalarının dolduğunu bildirərək, millinin bu yaxınlarda keçiriləcək əsas toplanışlarına qatılmaqdan imtina ediblər. Şərtləri də belə olub: məvaciblərimizi verin, biz də məşqlərə başlayaq.
Redaksiyamıza daxil olan məlumatda o da bildirilir ki, federasiyanın təşkil etdiyi təlim-məşq toplanışlarında U-16, U-18, U-21 milliləri iştirak edir. Hazırda əsas yığmanın oyunçularının bir çoxu seçdikləri klublarda iştirak edirlər, vəziyyət düzələnə qədər də milliyə gəlmək istəmirlər.

Qeyd edək ki, Samit Nuruzadə artıq bir ildən çoxdur ki, Azərbaycanın basketbol üzrə milli komandasının baş məşqçisidir. Onu milli komandaya rəhbərlik etmək üçün Londondan gətiriblər. Təcrübəli mütəxəssis 2013-16-cı illər ərzində İngiltərədə I divisionda çıxış edən “Leeds Force” klubunda məşqçi kimi çalışıb. Onun Azərbaycanın basketbol üzrə milli komandası ilə 5 illik müqaviləsi var.

S. Nuruzadə təkcə əsas millinin yox, həm də aşağı yaş qruplarının da məşqçisidir.

Aygün

Yeniçağ.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir