Daha bir gənc dəm qazından həyatını itirdi

Daha bir gənc dəm qazından həyatını itirdi

Müəllif: Redaktor

Editor

166994_res_01Ötən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki evlərdən birində 1996-cı ildə anadan olmuş Neftçala rayonu Aşağı Surra kənd sakini Rəsulov Elvin Rövşən oğlu dəm qazından zəhərlənərək ölüb.

20 yaşlı Elvin Rəsulov Bakı şəhərindəki tikintilərdə fəhləlik etdiyindən kirayə ev tutubmuş.

Bu gün səhər onun işə gəlmədiyini və telefona cavab vermədiyini görən iş yoldaşları yaşadığı evə baş çəkərkən hamamda dəm qazından boğulmuş cəsədini aşkar ediblər.

Elvin Rəsulov hərbi xidmətdən yenicə gəlmişdi və ailənin yeganə oğlu idi.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti