Daha bir hava limanına terror hücumu – Ölənlər var – YENİLƏNİB

Müəllif: Redaktor

Editor

bab31b3e-1e6e-4434-bb10-761346f2063a_292Moqadişo aeroportunda baş vermiş partlayışda 13 nəfər həlak olub, 5 nəfər yaralanıb.

İçərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil Afrika Birliyinin sülhməramlı bazası yaxınlığında partladılıb.
Telekanalın məlumatına görə, terror hücumuna görə məsuliyyəti üzərinə “Əl-Şabab” terror qruplaşması götürüb.

* * *

Somalinin paytaxtı Moqadişoda terror hücumu həyata keçirilib.
Şahidlər güclü partlayış olduğunu və avtomatla atışma səsləri gəldiyini bildirib.
Digər şahidlər aeroportun girişində törədilmiş iki terror aktı barədə məlumat verib.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.(report)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır