Daha bir korrupsiya faktı – Baş Prokurorluq xəbər yaydı

Müəllif: Redaktor

Editor

401167676Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə həmin kənd sakininin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Lumanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kənd ərazisində məskunlaşmış məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına fərdi ev tikilməsi üçün kənd sakinindən 4 min manat məbləğində pulu rüşvət kimi tələb etməsində şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.(Azvision)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır