Yazı İçi 468×60

avtobusBu gündən etibarən daha bir marşrut xətti üzrə də vahid ödəmə kart sisteminə keçid təmin edilib. Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorundan “APA-Eocnomics”ə verilən məlumata görə, bundan sonra 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcək.

Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb. Həmçinin sərnişinlərin “BakıKart”ı rahat şəkildə əldə edə bilməsi, eləcə də kartda müəyyən məbləğ yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları quraşdırılıb.

İlk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaq.

Bakıda 15 marşrut xətti üzrə avtobuslarda ödəniş vahid kart sistemi ilə həyata keçirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."