!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir marşrut xəttinin hərəkəti dəyişib

!Reklam – Yazi

29 nömrəli müntəzəm marşrutu xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Artıq 29 nömrəli marşrut xətti üzrə avtobuslar “20 Yanvar” küçəsi – Cavadxan küçəsi – H.Babaşov küçəsindən keçmədən Moskva prospekti ilə birbaşa “Beynəlxalq Avtovağzal” kompleksinə qədər hərəkət edəcək.

Məlumat üçün bildiririk ki, 29 nömrəli marşrut üzrə avtobuslar hazırda Moskva pr. – 20 Yanvar küçəsi istiqamətində hərəkət edir ki, həmin istiqamətdə də 156, 193 və 525 nömrəli marşrutlarla üst-üstə düşür və ümumilikdə göstərilən hissədə 42 ədəd müxtəlif markalı (Daewoo, Otoyol) avtobuslar sərnişindaşıma xidməti yerinə yetirirlər.

Məlum dəyişiklik “20 Yanvar” və Cavadxan küçələrinin kəsişməsində (“Şamaxinka” adlanan ərazidə) nəqliyyat vasitələrinin sayının azaldılaraq tıxacın qismən də olsa aradan qaldırılması, təkrarlanan marşrutların hərəkət istiqamətlərinin dəyişdirilməsi, o cümlədən “Beynəlxalq Avtovağzal” kompleksi və “Avtovağzal” metro stansiyası ilə Badamdar qəsəbəsinin əlaqələndirilməsi baxımından vacib hesab edilib.

Qeyd edək ki, 10 iyun tarixindən sınaq məqsədi ilə 29 nömrəli marşrut üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.

Yenicag.az

www.yenicag.az

1037
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv