Daha bir müsavatçı partiyadan çıxarıldı

Daha bir müsavatçı partiyadan çıxarıldı

Müəllif: Redaktor

Editor

d3fcbacd-3e82-4e72-b6db-1a8b20244812_292Müsavatın Binəqədi rayon təşkilatının sədrinin gənclərlə iş üzrə müavini Şamil Beydullayev partiya sıralarından xaric edilib.

Bu barədə “Report”a Ş.Beydullayevin özü məlumat verib. O deyib ki, partiyadan xaric olunması ilə bağlı qərarı Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyası çıxarıb.

Ş.Beydullayev partiyadan çıxarılmasını Müsavatın hazırkı başqanı Arif Hacılını tənqid etməsi ilə əlaqələndirib: “Sosial şəbəkələrdə Arif Hacılının yürütdüyü siyasəti tənqid edirdim. Ona görə də məni partiyadan xaric etdilər”.

Qeyd edək ki, Ş.Beydullayev başqanlığa sabiq namizəd Tural Abbaslının təsis etdiyi “Ağ blok”da təmsil olunur. Məlumata görə, yay aylarına qədər qurultay keçiriləcək və blok partiyaya çevriləcək.

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti