yenicag.az
yenicag.az

Daha bir neftçinin cəsədi tapılıb? – Açıqlama

Daha bir neftçinin cəsədi tapılıb? – Açıqlama

Müəllif: Redaktor

Editor

gunesli20153112Ötən gün günorta saatlarında Xəzər dənizinin Neftçala rayonuna yaxın hissəsində naməlum kimi meyiti tapılıb.

Kimliyi məlum olmayan şəxsin “Günəşli” faciəsində itkin düşən neftçilərdən biri olduğu ehtimal edilir.

“Azneft” İstehsalat Birliyidən (İB) AzVision.az-a bildirilib ki, cəsədi tapılan şəxsin itkin düşən neftçi olması variantı istisna deyil.

Qurumdan verilən məlumata görə, cəsəd tanınmaz halda olduğundan onun kimliyini müəyyənləşdirmək üçün tibbi ekspertizadan keçiriləcək.

“Meyiti tapılan şəxsin üzərində hər-hansı geyim olmadığı üçün kimliyi müəyyən edilməyib. Hazırda bununla bağlı ekspertiza aparılır”.

İtkin düşən neftçilərin axtarışına gəlincə, hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisinin axtarış apardığı bildirilib.

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti