41 öle zelzele 17Ekvador sahillərində 7,8 bal gücündə zəlzələ baş verib.

AzVision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzinin məlumatında bildirilir.

Zəlzələnin episentri Muisne yaşayış məntəqəsindən 27 kilometr cənub-şərqdə yerləşib. Təkanlar 19,2 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə zamanı dağıntılar baş verib, paytaxt Kitonun elektrik enerjisi ilə təchizatı qismən dayandırılıb.

Güclü zəlzələ nəticəsində ölənləri sayı müəyyənləşdirilir.

***

Zəlzələ nəticəsində 41 nəfər ölüb. Ölkənin vitse-prezidenti Xorxe Qlas bildirib ki, ölənlərin sayının artacağı istisna olunmur.

***

Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində azı 77 nəfər həlak olub. Ölkənin vitse-prezidenti Xorge Qlas təxminən 600 nəfərin yaralandığını və ölənlərin sayının artması ehtimalının yüksək olduğunu bildirib. Zəlzələdən dərhal sonra Ekvador Daxili İşlər Nazirliyi dəniz sahilinə yaxın ərazilərin 72 saat ərzində əhali üçün qapalı olduğunu elan edib.

Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərinə 10 min əsgər və 3500 polis cəlb edib. Ölkədə fəaliyyət göstərən mobil operatorlar isə müştərilərinin qısa mesaj xidmətindən pulsuz istifadə edə biləcəkləri barədə məlumat yayıb.

***

Ekvadorda güclü zəlzələ – 233 ölü (Yenilənib-Video)
Tarix 17.04.16, 19:59
Font ölçüsü : – / +

Ekvadorda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə ölkə prezidenti Rafael Korrea məlumat verib. Onun sözlərinə görə, Tarki-de-Manta rayonunda binaların çoxu tamamilə dağılıb:

`Yaralıların sayı barədə dəqiq məlumat yoxdur. Hələ axtarışlar davam edir`.

 

https://youtu.be/4WaSZPXAKw4

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."