yenicag.az

Daha bir qəzetdə FETÖ əməliyyatı: “Sözcü”nün sahibi də həbs ediləcək

Daha bir qəzetdə FETÖ əməliyyatı: “Sözcü”nün sahibi də həbs ediləcək

Müəllif: Redaktor

Editor

Polis FETÖ işi” çərçivəsində Türkiyənın nüfuzlu nəşrlərindən olan “Sözcü” qəzetində əməliyyat keçirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ əməliyyatı “Sözcü” qəzetinin sahibi Burak Akbay da daxil olmaqla, qəzetin 4 əməkdaşını da əhatə edib.

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun “Sözcü”nün sahibi Burak Akbay, qəzetin veb versiyasının rəhbəri Melda Olgun, Maliyyə məsələləri üzrə müdiri Yonca Kaleli və müxbir Gökmen Ulunun həbsinə sanksiya verdiyi, bu şəxslərin evlərində axtarış aparılacağı bildirilir.

Məlumata görə, bu barədə danışan müxbir Gökmen Ulu evində olduğunu, polislərini gəlişini gözlədiyini bildirib.
Qeyd edək ki, “Sözcü”nün sahibi Burak Akbay hazırda ölkə xaricindədir.

Yeniçağ.Az

Xəbərlər, Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti