komiteBir müddət öncə Yenicag.az-da Qobustanda qanunsuz dini fəaliyyət ilə bağlı məlumat vermişdik. “Üzeyr Simirov İŞİD-ə göndərdiyi müəzzininin Azərbaycana qayıdışına mane olur” sərlövhəli məqalədə qeyd olunurdu ki, “Qobustanda məscid tikmək adı altında ərəblərdən külli miqdarda pul alan Simirovun hazırda Qaradağ rayonunda güclü radikal dini təbliğat apardığı vurğulanır. Əhalisinin böyük əksəriyyəti xarici neft şirkətlərində, neft terminalında işləyən Qaradağ Azərbaycanın ən strateji rayonlarından sayılır”.

Yazımıza Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən reaksiya verilib. Redaksiyamıza daxil olan məlumatda bildirib ki, “Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən “Ömər ibn Xəttab” məscidi qanunsuz olaraq xüsusi mülkiyyət ərazisində inşa edilmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində buraya Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi din xadimi təyin olunmamışdır. Adıçəkilən məsciddə fəaliyyət göstərən dini icma isə mövcud qanunvericiliyin tələblərinə cavab vermədiyindən təsisçilərin təşəbbüsü ilə 20 Fevral 2015-ci il tarixində fəaliyyətini dayandırmışdır. 29 iyul 2016-cı il tarixdə DQİDK, Qaradağ rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının birgə həyata keçirdikləri tədbir nəticəsində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən radikal dini cərəyan nümayəndələrinin toplaşdıqları Qobustan qəsəbə “Ömər ibn Xəttab” məscidinin fəaliyyəti dayandırılmışdır. Bu addım Qobustan qəsəbə sakinləri və ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır”.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."