!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir rəqibi Azay Quliyevi qələbə münasibətilə təbrik etdi

!Reklam – Yazi
529112015 – ci il noyabrın 1 – də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərdə 8 saylı Binəqədi I seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Yalçın Baloğlanov bəyanat yayıb.
O, bildirib ki, seçkiyə qoşulan bütün namizədlərin seçicilərin etimadını qazanmağa layiqli insanlar olmağı şübhə yaratmayıb. Seçkilərin yekunu Azay Quliyevin seçici etimadını daha çox qazanmasını təsdiq etmişdir.
“Bununla əlaqədar Azay Quliyevi təbrik etmək və ona bu işdə Azərbaycanımız və xalqımıza qulluq etməkdə güc və uğurlar diləmək istərdim. İnanmaq istərdim ki, Azay müəllim Milli Məclisin deputatı kimi Azərbaycanımızın Qanunvericilik sahəsində qanunların səmərəliliyi, insan hüquqlarının prioritetliyi üçün əlindən gələni əsirgəməyəcək, cəmiyyətdə vətəndaş həmrəyliyinə nail olunması üçün bacarıq və biliklərini səfərbər edəcək. Azərbaycanımızın beynəlxalq aləmdə nüfuzunun artması üçün işini davam etdirəcəkdir!”- deyən Yalçın Baloğlanov sonda Azay Quliyevə bu məsuliyyətli işdə uğurlar diləyib.
Qeyd edək ki, Yalçın Baloğlanov Azay Quliyevi qələbə münasibətilə təbrik edən sayca ikinci rəqibidir. Buna qədər Böyük Quruluş Partiyasının (BQP) namizədi kimi 8 saylı Binəqədi I seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Dürdanə Aslanzadə də Azay Quliyevi qələbə münasibətilə təbrik etmişdi.

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv