www.sinerjipro.net

SinerjiProWide
Reklam


35789Təqribən 1 saat bundan öncə dayım oğlu Qasımov Toğrul Xətai oğlu Göranboy ərazisində avtomobillə vurulub. Hadisə baş verəndən sonra əraziyə təcili tibbi yardım gəlməyib.

YeniCag.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli deyib. Onun sözlərinə görə, qohumları yaralını xəstəxanaya özləri aparsa da, burada da inanılmaz olay baş verib: “Qohumlarım Toğrulu xəstəxanaya aparmalarına baxmayaraq, Göranboy mərkəzi xəstəxanasının həkimləri yaralıya yaxın durmurlar. 21 yaşlı gənci xəstəxananın həyətində torpağın üstünə uzadıblar. Yaralını Bakıya aparmaq üçün təcili yardım maşını da verməyiblər”.

Baş redaktorun sözlərinə görə, yalnız Göranboy rayon polis rəisinin xəstəxanaya gəlib, hadisəyə müdaxilə etməsindən sonra həkimlər təcili tibbi yardım maşını verməyə razı olublar.

***

asadsadd9Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli dünənki hadisə ilə bağlı növbəti status yazıb. Həmin statusda deyilir ki, “Dünən gecə qohumumu Goranboy rayonu ərazisində maşın vurması və Goranboy rayon xəstəxanasının həkimlərinin yaralıya ilkin yardım göstərməməsi ilə bağlı status yazmışdım. İndi hadisənin tam təfərrüatını yazıram. Deməli, dayımoğlu Toğrul atası ilə Goranboya gedibmiş. Yolu keçərkən “Niva” markalı bir avtomobil Toğrulu atasının gözü qarşısındaca vurub. Uşaq zərbədən yuxarı qalxaraq asfalt yola çırpılıb. Dərhal Göranboy mərkəzi xəstəxanasına zəng ediblər, lakin təcili yardım göndərilməyib. Səhiyyə Nazirliyinin Qaynar Xətti də cavab verməyib. Atası uşağı özü xəstəxanaya aparıb. Həkimlər xəstəxana qapısı ağzındaca yaralıya baxıb və “ciddi bir şey yoxdur, aparın evə” deyiblər.

Qohumlar baş həkimdən xəstəni Bakıya aparmaq üçün təcili yardım maşını tələb ediblər, lakin təcili yardım maşını üçün fantastik məbləğdə pul tələb olunub. Deyiblər ki, siz maşın verin biz evdən pul gətirərik, lakin deyiblər ki, “əvvəl pul sonra maşın”. Bəli, belə soyuqqanlılıqla Toğrulu xəstəxananın həyətinə uzadıblar və DİN-in 102 Qaynar Xəttinə zəng ediblər. Dərhal Goranboy polisinə məlumat verilib və polis əməkdaşları xəstəxanaya gəliblər və hadisə ilə əlaqədar Goranboy polis idarəsinin rəisinə məlumat veriblər. Polis rəisi isə baş həkimə zəng edərək dərhal maşın verilməsini tələb edib. Bundan sonra, təcili yardım maşını verməyə razı olublar. Polis rəisi polis əməkdaşlarından birini təcili yardım maşınına mindirib və Toğrulu Gəncə Kliniki Xəstəxanasına gətiriblər. İlkin müayinə zamanı bəlli olub ki, Toğrulun ayağında və bədəninin müxtəlif yerlərində sınıqlar, ciddi zədələr var. Həmd olsun Allaha başına bir şey olmayıb. İndi vəziyyəti yaxşıdır”. Yeri gəlmişkən , mən məsələylə əlaqədar dünən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, bizim həmkarımız Liya Bayramovaya da Facebook-da mesaj yazmışam. Lakin, təssüf ki, bu vaxta qədər Liya xanım heç bir cavab yazmayıb”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."