!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha hansı kommunal xidmətlər bahalaşacaq? – Açıqlama

!Reklam – Yazi

50320 (1)“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) su tariflərini bahalaşdırması digər kommunal xidmət sahələrində də bahaşma olacağı ehtimalını artırıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məsələyə aydınlıq gətirib. O qeyd edib ki, digər kommunal xidmətlərə dair Şuraya müraciət daxil olmayıb:

“Tarif Şurasına digər kommunal xidmət sahələrində tariflərin artırılması ilə bağlı müraciət daxil olmayıb”.

“Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə – bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilib.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.(modern)

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv