!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha hansı nazirlik və idarələr ləğv olunmalıdır? - Ekspert rəyi

!Reklam – Yazi

Bildiyimiz kimi, Nəqliyyat Nazirliyi ləğv edilərək, əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Ümumiyyətlə, uzun illərdir ki, mütəxəssislər Azərbaycanda nazirlik, komitə və idarələrin sayca çox olduğunu, əksəriyyətinin bir-birinin funksiyalarını təkrarladığı barədə fikirlər səsləndirirlər. Bu fonda Nəqliyyat Nazirliyinin ardından bəzi digər nazirlik və idarələrin də ləğv edilməsi və ya birləşdirilməsi məsələsi aktual olaraq qalmaqdadır.

Görəsən, daha hansı nazirliklər ləğv edilməli, ya da birləşdirilməlidir? Ümumiyyətlə, optimal olaraq neçə nazirlik qalmalıdır?

İqtisadçı-ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, ölkədə mövcud olan nazirlik, komitə və idarələrin sayını azı 2 dəfəyə qədər azaltmaq lazımdır:

Natiq Cəfərli ile ilgili görsel sonucu“Hazırda idarəetmənin optimallaşdırılması və səmərəliliyin artırılması əsas vəzifələrdən biridir. Çünki bunlar həyata keçməyənə qədər atılan iqtisadi addımlar ciddi effekt verməyəcək. Bir-birini tamamlayan bəzi dövlət və hökumət qurumlarının birləşdirilməsi və ya ləğvi həm büdcəyə olan böyük basqını azaldacaq, həm də idarəetmənin effektivliyinin artırılmasına səbəb olacaq. Hazırda ölkədə tikinti ilə məşğul olan bir neçə dövlət agentliyi və qurumu var. Fövqəladə Hallar Nazirliyi də tikintidə ciddi nüfuza və rola sahibdir. Ona görə də tikintilə məşğul olan bütün qurumların bir mərkəzdə birləşdirilməsi effektivliyin artması və iş adamlarının bir mərkəzlə hesablaşması baxımından daha doğru olardı. İkinci bir tərəfdən pul-kredit və büdcə siyasətini bir mərkəzdə cəmləmək daha düzgün addımdır. Habelə, Gömrük Komitəsinin ayrıca bir dövlət qurumu kimi fəaliyyət göstərməsinə də ciddi ehtiyac yoxdur. İlkin mərhələdə bu qurumun Vergilər Nazirliyinin tərkibinə birləşdirilməsi vergi və gömrük siyasətinin daha uzlaşdırılmış şəkildə aparılmasına şərait yaradacaq. Sonrakı mərhələdə isə Maliyyə Nazirliyi tərkibində ayrıca Vergi və Gömrük departamentləri yaradıla bilər. Ayrıca Müdafiə Sənayesi Nazirliyinin olmasına da ciddi ehtiyac görmürəm. Bu qurum İqtisadiyyat Nazirliyi, ya da Müdafiə Nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərə bilər. Bütün bunlar xərclərin xeyli dərəcədə azalmasına gətirib çıxarar. Hazırda Azərbaycan kimi kiçik ölkədə nazirlik və dövlət idarələrinin sayı təqribən 45 ədəddir. Bu da həddən artıq böyük bir rəqəmdir. Gürcüstanda nazirlik və idarələrin ümumi sayı 22-dir. Ölkəmizdə də ləğvetmə və ya birləşdirmə yolu ilə nazirlik və idarələrin sayı azı iki dəfə aşağı salınmalıdır”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv