!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha iki nazir “NAZ” alır

!Reklam – Yazi

images (3)“Azərenerji” ASC, İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi “NAZ-Lifan” avtomobilləri almaq üçün sifariş verib.

Bunu AzVision.az-a açıqlamasında Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev deyib.

Zavod direktorunun sözlərinə görə, prezidentin məlum çıxışından sonra dövlət qurumlarından onlara edilən müraciətlərin sayı çoxalıb.

Qeyd edilib ki, bundan öncə Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, “Azpetrol” və Dövlət Neft Şirkəti “NAZ-Lifan” avtomobilləri alıb.

M.Abdullayevin sözlərinə görə, sifarişlər artdığından Çindən yeni modellərin alınması ilə bağlı razlıq əldə edilib.

“Bu yaxınlarda Çinə səfərimiz zamanı yeni model avtomobillərin alınması ilə bağlı razılıq əldə edildi. Onlar bizə 8 yeni model təklif etdilər, biz isə 3 model bəyəndik. Bəyəndiyimiz modelləri almaq üçün sifariş vermişik”.

M.Abdullayev bildirib ki, sifariş etdikləri üç modeldən biri təcili yardım avtomobili olacaq: “Təcili yardım avtomobilləri Səhiyyə Nazirliyinin istək və razılığına əsasən ölkəyə gətiriləcək.

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv