!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha iki ölkədən Azərbaycana başsağlığı

!Reklam – Yazi

ilham-821Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevə başsağlığı məktubu göndərib.

AZXEBER.COM xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

“Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm”.

***

Dekabrın 6-da Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

AZXEBER.COM məlumatına görə, Gürcüstan prezidenti “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlət başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv