www.sinerjipro.net

SinerjiProWide
Reklam

gulyanaq_memmedova_4564Əməkdar artist Gülyanaq Məmmədova sənət dostlarının geyim tərzindən danışıb

Məlumatına görə, müğənni açıq-saçıq geyinənləri qınayıb:

“Milli oxuyanlarımızın geyim tərzi gözəldir. Amma estrada müğənnilərimiz çox açıq-saçıq geyinirlər. Elə bilirlər ki, estrada oxuyurlar soyunmalıdırlar. Axı siz tamaşaçı qarşısına çıxırsınız. Bizim qiymətimizi xalq verir. Ona görə də, səhnəyə çıxanda geyimimizə fikir verməliyik. Birdən televizora baxanda müğənnilərimizi görürəm, təəccüblənirəm.

Daha ondansa, get lüt oxu da… Bizimkilər insanları varlı və aşağı təbəqə kateqoriyalarına bölürlər. Elə bilirlər ki, açıq-saçıq geyinməklə yuxarı təbəqə olub, tamaşaçıların sevgisini qazanacaqlar. Düzdür, “insanın geyiminə görə tərbiyəsi ölçülür” fikrində deyiləm. Amma tamaşaçı bizə geyimimizə görə hörmət edir, haqqımızda fikir formalaşdırır. Biz özümüzü xalqa mədəniyyətimizlə, davranışımızla tanıdırıq. Geyim tərzi dəfələrlə müzakirə olunub. Amma biz kiməsə məsləhət verib, “bunu et” deyə bilmərik”. (axsam.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.