www.sinerjipro.net

SinerjiProWide
Reklam

ban_1“Günay Bank” ASC “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ilə birləşmək niyyəti barədə protokol imzalayıb.

Bunu “Günay Bank”ın İdarə Heyətinin sədri Emin Ağayev deyib. Onun sözlərinə görə, proses davam edir: “Biz artıq protokollar imzalamışıq, onları müvafiq strukturlara təqdim etmişik. Bu olduqca çətin və uzun prosedir. Bildiyiniz kimi Mərkəzi Bank “Atrabank” və “Qafqaz İnkişaf Bankı”ın lisenziyalarını geri çağırıb, bu isə prosesi yubandırır”.

E.Ağayev qeyd edib ki, banklar birləşmək barədə razılığa gəlməsələr, “Günay Bank” konsolidasiya üçün alternativ variantları nəzərdən keçirəcək: “Bildiyiniz kimi, daha əvvəl digər banklarla birləşmə məsələsini müzakirə etmişik, indi isə “Atrabank” və “Qafqaz İnkişaf Bankı” ilı müzakirə edirik. Əgər alınmasa, digər banklarla razılaşacağıq. Bəyan etmək istəyirəm ki, “Günay Bank” birmənalı olaraq Azərbaycanın bank bazarında qalacaq”.(trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."