yenicag.az

“Dailykarabakh” saytının yaranmasından bir il ötür – Fotolar

“Dailykarabakh” saytının yaranmasından bir il ötür – Fotolar

Müəllif: Redaktor

Editor

lokoBu gün Dailykarabakh saytının yaranmasından bir il ötür. 5 dildə yayımlanan saytın əsas məqsədi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Saytın rəhbəri Emil Hüseynli bildirib ki, bir il müddətində əsas fəaliyyət Avropa ekspertərindən Qarabağ münaqişəsi ilə bağlı açıqlamaların alınması olub: “Əsasən xarici dilli internet məkanı üçün nəzərdə tutulmuş bu saytda dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikirlərinə ciddi önəm veririk. Çünki xarici dövlətlərinin cəmiyyətləri üçün dünya ekspertlərinin fikirləri daha çox inandırıcı görünür”.

E.Hüseynli bildirib ki, Qarabağ münaqişəsi başlayandan indiyədək Azərbaycanın informasiya blokadasından çıxmaq üçün böyük işlər görülüb: “Ermənistan da bu sahədə yerində saymır. Onlar da Avropa, dünya mediasında operativ xəbərlərin çatdırılması üçün fəaliyyətlərini davam etdirirlər. Ona görə də Azərbaycan mediasının nümayəndələri bu məsuliyyəti dərk edib, regionda olan prosesləri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri Ermənistan mediasından daha çevik dünya mediasına ötürməlidirlər”.

Onun sözlərinə görə, hazırda saytda yeni layihələrin həyata keçirilməsi üçün işlər görülür: “Maliyyə məsələlərinə görə, saytın fəaliyyətini genişləndirə bilmirik. Dünyanın bəzi “beyin mərkəz”ləri ilə danışıqlarımız olub. Əməkdaşlıq üçün müavilələrin bağlanması nəzərdə tutulur. Lakin bunlar maliyyə vəsaiti tələb etdiyindən, hələki işlərin reallaşdırılması yubanır”.

 

Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti