Yazı İçi 468×60

1442638661_tffftggMilli Azadlıq Hərəkatının fəallarından, Dünya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan fəal diasporçu Ağaevli Əli Hacının 34 saylı Xətai ikinci seçki dairəsindən namizədliyi qeydə alınmışdır.

Qeyd edək ki, Ağaevli Əli Hacının namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülmüş və partiya tərəfindən irəli sürülən namizədlərdən qeydə alınan ilk şəxsdir. Bu gün deputatlığa namizəd Ağaevli Əli Hacı

DAK icra aparatının rəhbəri Samir Adıgözəlli ilə görüşüb. Görüşdə parlament seçkiləri və Azərbaycan diaspor hərəkatının mövcud durumu müzakirə olunub. Son zamanlar ölkəmizə qarşı, xüsusilə Avropa Parlamenti tərəfindən irəli sürülən ittihamlar pislənərək, dövlətimizin milli maraqlarının ən üst səviyyədə müdafiə edilməsi, diaspor təşkilatlarımızın atacağı addımlarla bağlı fikir mübadiləsi aparılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."