DAK Əli Hacı Ağaevliyə dəstək verdi-Foto,Video

DAK Əli Hacı Ağaevliyə dəstək verdi-Foto,Video

Müəllif: Redaktor

Baş Redaktor

elihaci-650x250Dünya Azərbaycanlıları Konqresi (DAK) 01 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar”İnistitutunun direktoru, DAK Məşvərət Məclisi sədrinin birinci müavini, Sülh səfiri Əli Hacı Ağaevlini dəstəkləmək barədə qərar verib.

Tanıtım:

Əli Hacı -“1963 cü il Cəlilabad rayonunun Hovuzbulaq kəndində anadan olub.1980-cı ildə orta məktəbi, 1990 cı illərdə isə Azərbaycan Dövlət Unveristetinin (indiki BDU) hüquq fakültəsini bitirib.

1981-1983-cü illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.

elihaci1983 cü ildən siyasi fəaliyyətə başlamış,(Odlar yurdu),(Çənlibel),(Varlıq),1987-ci ildən Xalq Hərakatının öncullərindən olub.

Müxtəlif vaxtlarda Cənub Rayon Neft donanmasında, Qaradağ Rayon Komsomol komitəsində katib,sonradan Neft və Qaz Kəşfiyyat idarəsində hüquqşünas,baş hüquqşünas vəzifələrində işləmişdir.

Sonraki illərdə “Qaradağ” qəzetində tərcüməçi-muxbir, ” Varliq” qəzetinin təsisçisi və baş redaktoru olmuşdur.

1996-1998 ci illərdə “Varlıq” şirkətinin prezidenti kimi fəaliyyət göstərib.

1998-2004 cü illərdə Kommersiya və Sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

2005-ci ildə 29 saylı Səbayıl və 2010-cu ildə 34 sayılı Xətai ikinci seçki dairəsindən Milli Məclisinin deputatlığına, 2008-ci ildə isə prezidentliyə namizəd olub.

2007- ildən “Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar” İnistitutunu təsis etmişdir və inistitutun direktoru vəzifəsində çalışır.

Əli Hacı Azərbaycan Ədəbiyyatı və İctimayetində sufi şair kimi tanınır. “Ruhumuzun nəğmələri” (1996),”Ruhumuz çəkər göyə” (1997 Ankara,Türkiyə), “Qoyun qisas alan gəlsin”(1998), “Buda mənəm ilahi !”(2005), “Dünyadan qadın iysi gəlir” (2007 Təbriz) şerlər kitabının, “Avesta və müasir dünya adlı elmi-fəlsəfi” əsərin müəllifidir.

2008-ci ildən Azərbaycan türklərinin ən böyük diaspor təşkilatı olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvüdür. Konqresdə müxtəlif mühüm vəzifələrdə təmsil olunmuşdur. Hazırda konqresin Məşvərət Məclisi sədrinin birinci müavini və dünya sülh səfiridir.

Evlidir, 4 qizi 1 oğlu və 6 nəvəsi var”.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti