Yazı İçi 468×60

a3193da9f744508278b55342b9cabd86_XLBu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) qərargahında xalqımızın böyük şəxsiyyətlərindən biri Məmmədəmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin 70 illik yubileyi münasibətilə görüş keçirilib. Görüşdə DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı Rəsulzadənin keçdiyi ömür yolu haqqında danışaraq, Azərbaycana etdiyi müstəsna xidmətləri xalqımızın unutmayacağını qeyd edib. Rəsulzadənin yadigarı olan Rəis bəyi təbrik edərək, onun bu ölkədə babasının xidmətlərinə görə daim qürurla addımlamağa haqqı olduğunu bildirib. Daha sonra DAK Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev, DAK idarə heyətinin üzvləri, Xəzər Emin, Adil Minbaşı, Zəlimxan Məmmədli, tarixçi, türkoloq alimlər Dilavər Əzimli, Yadigar Türkel və b. çıxış edərək Rəis Rəsulzadəni yubiley münasibətilə təbrik ediblər.

DAK icra aparatı

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."